Reklam verin!

HIKMƏTLİ SÖZLƏR...

Başqasının qaydası ilə başla ki, öz qaydan ilə qurtarasan. B.Qratsian

Nizami Gəncəvi

etudiant     Aprel 20, 2008 15:38

Hünər, cəsarət və mərdanəlik haqqında

Neçin alçaqlara boyun əyirsən?

Oyuncaq olursan namərdlərə sən?

Nə üçün boynuna min yük alırsan?

Zalımın zülmündən razı qalırsan?

Qəlbi yumşaqlığı bir dəfə unut,

Çiynini dağ kimi ucaqılda tut!

Sən də süsən kimi ipəkdən olsan,

Səni saf torpaq da yaralar inan!

Zəlillik ürəyə ağrılar salar,

Zülmə dözənlərin sonu olar xar.

Tikantək çiynində tut yarağını,

O vaxt qucaqlarsan gül budağını.

İnsanı sarsıdar göz yaşı, nalə,

Ah çəkib, of deyən yetməz kəmalə! (L)

 

İradəsiz olma, iradəsizlər

Ayaqsız qurd kimi yerdə sürünər.

Tülkü canavarı edirsə məğmun,

Ondan iradəsi böyükdür bunun. (L)

 

Fil keçsin üstündən tapdalayaraq,

Xəsis adamlara əl açma ancaq.

Mərd olmaq yaxşıdır dünyada hər an,

Mərdlik ilə çatar arzuya insan. (X)

 

Hünərə göz yummaq deyil bir hünər. (İ)

 

Evdə bir arpası olmayan bir kəs

Yarım arpa qədər minnət götürməz. (İ)

 

Heç qorxmaacizə zülm edənlərdən,

Yoxsa qul olarsan onlara hökmən. (İ)

 

Kamalındır dövlətin, kamalına arxalan,

Amalndır comərdlik, amalına arxalan. (S)

 

Fələklərə yüksəldər, hünər cəsarət səni,

Hünərsiz alçalarsan, tapar rəzalət səni. (S)

 

Çəkişməyə uymazsan, hünərinə güvənsən,

Sənət olsun şikarın, hünərinə güvən sən. (S)

 

Sənətin bayraqdarı ucalar kainatda,

Aydan da günəşdən də öc alar kainatda. (S)

 

Kamalına görədir şan-şöhrətin dünyada,

Onsuz adın, hünərin olar çətin dünyada. (S)

 

Acizi tutmaqdan əl götürdü şir,

Şirlər aciz ovu etməzlər əsir. (X)

 

Oğrunun əlində olsa yüz dəhrə,

Bir qışqırsan qorxub yıxılar yerə. (X)

 

İgidlikdən deyən qoçaq adamlar

Şir yıxıb sonradan şir adı alar. (X)

 

Özündən alçaqla çəkin qovğadan,

Yıxıb yıxılmaqdan incik olarsan.

Böyüklə vuruşda insan ad alar,

Alçaqla vuruşda özü alçalar. (X)

 

Poladdan dağ olsa yenə də, inan,

Onu parça-parça dağıdar insanş. (X)

 

Hər bir dərdə qatlaş, möhkəm duraraq,

Gözlə ki, basmasın yük səni ancaq. (X)

 

Ovlamaqdan qalsa bir tülək tərlan,

Min təpik yeyəcək sərçədən hər an. (X)

 

Kim hünər köhlənini cilovlaya bilibdir,

Diləyin ovlağından ov ovlaya bilibdir. (S)

 

Aman istəyincə qurbağalardan,

Yaxşıdır balıqtık tez qərq olasan. (X)

 

Şir kimi hücum et, şirə rast gəlsən,

İt görən zamanda gəl baş qoşma sən. (X)

 

Samantək oynasa güləndə hər kəs,

Bir dağ olsa belə saman dəyməz. (X)

 

Ceyran çətin vaxtda şir olur bəzən. (X)

 

İnan, zirək adam mələkdir, mələk,

Zirəklik gözəldir, əcəbdir gerçək. (Y)

 

İnsan yem dalınca qaçmasın gərək,

Quşdan ayıq olsun, zirəkdən zirək. (Y)

 

Çarpış dünya ilə şiri-nər kimi,

Yoxsa udar səni o, əjdər kimi. (Y)

 

Hünərli dünyada təxtü-tac alar-,

Alçalmaz heç zaman, başı ucalar. (Y)

 

Mərdə layiq sifət deyildir, inan,

Ki, bal oğurlansın bal arısından. (Y)

 

Gərək cavanmərdi pul aldatmasın,

İşinə zərrəcə xələl qatmasın. (Y)

 

Qanı çörəyinə yavanlıq elə,

Papağı dik saxla, baş getsə belə. (L)

 

Gül kimi yumşaqlıq göstərmə, gerçək,

Olma ikiüzlü, bənövşələr tək.

Ömrü başa vurar şir ürəklilər,

Öküz ürəklidə olmaz bir hünər. (L)

 

Bağışla atını, sən get piyada,

Şillələr yesən də mərd ol dünyada. (L)

 

Şir güclü olsa da tox bir canavar,

Ondan qoçaq olar ovda çaqqallar. (L)

 

Düşmən silahlansa qarşında əgər,

Sən də qılınc vurub qüvvəni göstər,

Lakin silah töksə qarşında düşmən,

O miskin düşmənlə gəl vuruşma sən. (L)

 

Mərdə təmiz bir ad candan əfzəldir,

Ləkəli qalmaqdan ölüm gözəldir. (L)

 

Aslanın böyrünə əl çəkmək üçün,

Üstün olmalıdır aslana gücün. (Ş)

 

Bir aslan köpəkdən qorxarsa, bişək,

Ona şıllaq atar qoca bir eşşək. (Ş)

 

Əlaltı olma bir əlaltı şəxsə. (Ş)

 

Mən meydan əriyəm, sən də bir kişi,

Mərdliklə seçilir hər mərdin işi. (Ş)

 

Ovcumun içində olsa da yenə

Dikmərəm gözümü özgə mülkünə. (Ş)

 

Gənc maral nə qədər olsa da cəsur,

Cilovu aslandan çəkməsi xoşdur. (Ş)

 

Həm hünər göstərmək, həm də mal üçün

Çalışmaq bir borcdur istiqbal üçün! (Ş)

 

 

“Sirlər xəzinəsi”-S

“Xosrov və Şirin”-X

“Leyli və Məcnun”-L

“Yeddi gözəl”-Y

“Şərəfnamə”-Ş

“İqbalnamə”-İ

 

Poemalar Azərbaycan dilinə aşağıdakı şairlər tərəfindən tərcümə edilmişdir.

“Sirlər xəzinəsi”-S.Rüstəm və A.SAroğlu

“Xosrov və Şirin”-Rəsul Rza

“Leyli və Məcnun”-Səməd Vurğun

“Yeddi gözəl”-Məmməd Rahim

“İskəndərnamə”  (“Şərəfnamə”)-Abdulla Şaiq

“İskəndərnamə”  (“İqbalnamə”)-Mikayıl Rzaquluzadə

 

Məşhur müəlliflər     Şərhlər(0)     Baxış sayı: 86     Aprel 20, 2008 15:38     nizami gəncəvi hünər cəsarət mərdanəlik 

Nizami Gəncəvi

etudiant     Aprel 20, 2008 15:31

Dostluq və düşmənçilik haqqında

Uluların yolunun gərək qulu olasan,

Ülviyyətə yüksəlib, sən də ulu olasan,

Elə sadiq dost ara, səni darda qoymasın,

Çəkib tordan çıxarsın, səni torda qoymasın. (S)

 

Filləri qovmuşdu çeşmədən dovşan,

Kiçik görünməsin gözünə düşman. (X)



Yaxşı ad qazanmış gözəl dost ara,

Ondan yetişərsən ağ günə, vara.

Xoş ətirli bir dost yaxşıdır, inan,

Hərzə-hərzə durub danışanlardan.

Bir dostun da olsa eyibli əgər,

Yüzünün adına ləkə yetirər.

Ehtiyatsız bir quş düşərsə tora,

Başqa yüz quşu da sürüklər ora. (Y)

 

Sadiq dostun sağaldar şəfasıyla yaranı,

Dönük dostun sızladar cəfasıyla yaranı. (S)

 

Hamının öz sirdaşı, yarı vardır cahanda,

Əsl yar havadardır, silaskardır cahanda. (S)

 

 
İkibaşlı dostluğu dostluq sanma heç zaman,

Qərəzli dost-düşməndir, arxalanma heç zaman. (S)

 

Həyat nəyə gərəkdir, bir həmdəmin olmasa?

İnsan çətin yaşayar dosta əmin olmasa.

Varlığına əminsən sən ki hələ həyatda,

Çalış, könül sirdaşı gətir ələ həyatda. (S)

 

Saxta dostun dünyanın alçağıdır, dost deyil,

Ürəyinə yatmayan bir yağıdır, dost deyil. (S)

 

Yalqızlıq çox çətindir, bur dərdi sezməlisən,

Tənhalığın əlindən axır ki, bezməlisən. (S)

 

Hər qapıya can atıb səba kimi cumma sən,

Alçaqlardan sədaqət, dostluq vəfa umma sən. (S)

 

Heç bir işdə olma yarsız, yoldaşsız. (X)

 

Dünyada çox iş var yoldaşdan aşar,

Yaman gündə çatır dada yoldaşlar. (X)

 

Qost qəlbi torpaqdır, ona əl vursan,

Əlin pak olacaq o zaman inan. (X)

 

Heç kimsəylə yola getmirsə bir kəs,

Ona bel bağlayıb bir iş görülməz. (X)

 

Kiçik sanma onu kim düşmənindir,

Nərdi xam adamdan udmaq çətindir. (X)

 

Içki məclisində dostun min olar,

Birini tap, olsun səninlə qəmxar. (X)

 

Bağlama qapını dostun üzünə. (X)

 

Ağıllılar bilir, tək yesə hər kəs,

Təklikdə də ölər, dost-aşna görməz.

Çay suyu olsa da sən içmə yalqız,

Dəniztək olarsan acı, qılıqsız. (X)

 

Istəyirsən evin salamat qala,

Evə yad adamı buraxma əsla. (X)

 

Heç oturub durma pis dostla, çəkin,

Şəninə əskiklik gətirər sənin. (X)


 

O qəmlər ki, tutar könüldə qərar,

Dərd bilən dostlara söyləmək olar. (X)

 

Dostların üzünə məclisi parlat,

Göz və könül gülsün, şən olsun həyat. (X)

 

Paxıllıq eyləsə dostuna hər kəs,

Onun yoldaşlığı dostluğa dəyməz. (X)

 

Dosta yaxşı deyil dost olsa nədnam. (X)

 

Dəvə uzaq düşsə ayrılsa qatar,

Bir siçan da olar ona cilovdar. (X)

 

Bazarın rəvacdır yaxşı işlərə,

Kasadlıqda qoyma dostunu belə. (X)

 

Öküz cüt olmasa kotanda əkər,

Tək öküzlə, söylə, yeri kim sürər? (X)

 

Düşmənindən qurtar tədbir tökərək. (X)

  

Pisə yoldaş olma gər pis deyilsən. (X)

 

Qohumdan mehriban yadlar az deyil,

Həm vəfalı, sadiq, həm də şirindil. (X)

 

Hamının yoldaşı, girzli yarı var,

Dostu var, bir yaxın havadarı var. (Y)

 

Bir dost ki, dost ilə hey nifaq eylər,

O, demək, düşmənlə ittifaq eylər. (Y)

 

Nə qır yaxşı dürrü, nə boş yerə saç,

Birdgövhər olanla yaxınlaşma, qaç.

Sanma bidgövhərin vardır vəfası,

Xəta işləməkdə olmaz xətası. (X)

 

Özünü dost tutan lağlağılar var,

Onlar kənizlərdə qürur doğurar.

O dost ki, hər işi yalnız tuzaqdır,

Bəzəkli-büzəkli bir mancanaqdır. (Y)

 

Yaxşılar cilovu verməzlər pisə,

Satmazlar dostları yada, nakəsə. (Y)

 

Yarı əhl olanın işi səhl olar. (Y)

 

Qarışqa birlikdə göstərib hünər,

Özündən çox böyük şeylər sürüyər.

Dostluqda hər kəslə səsləşə bilsən,

Onun pərdəsində nəğməni çal sən. (L)

 

Çox gözəl olsa da eybi gizləmək,

Dost dostun eybini örtməsin gərək. (L)

 

Dərinlik, sonsuzluq varsa dəryada,

Arxların suyundan yaranmış o da. (L)

 

Düşməni qanına qərq etmək olar,

Dostla vuruşmağın mənasımı var. (L)

 

Bir olsa yoldaşın, dostun əməli,

Daşdan su çıxardar onların əli.

Nifaq olan yerdə fəlakət də var,

Səadət günəşi birlikdən doğar. (L)

 

Barmağın birini çalarsa ilan,

Barmaq kəsilməsə zəhərlənər can. (L)

 

Vəhşiyə dost olsa insan dünyada,

Vəhşi adətincə ömr edər o da. (L)

 

Vəhşiylə dost olan, vəhşi də olar. (L)

 

İt sənə dost olar, bir sümük atsan,

Namərd qədir bilməz, olsan da qurban. (L)

 

Tək uçan kəkliyi qızılquş yeyər. (L)

 

Dostluq, mehribanlıq göstərsən ey yar,

Gəlib qulun olar azad adamlar. (L)

 

Var gücünlə qolunu burmalısan düşmənin,

Kürəyini tez yerə vurmalısan düşmənin. (S)

 

Hər kəsi sınaqdan keçirib düz bax,

Sınaqsız olmasın o sənə küstax.

Heç kəsin əhdinə bel bağlama gəl,

Onun iç üzünə atmayınca əl. (L)

 

Dostluq iddiası edən bir ürək

Sözdən başqa çox şey bildirə gərək. (İ)

 

Bədgövhər adamla aranə qatma,

Sən öz kimyanı güllərə atma. (İ)

 

Əqilli adamla dostluq bağlasan,

Bilik və mərifət alarsan ondan. (İ)

 

Ciddiyyət gözləmək yüngül adamdan,

Gövhər istəməkdir arpa satandan. (İ)

 

Cüyür, öküz, pələng-bütün heyvanlar,

Öz həmcinsi ilə gəzər, dolanar. (İ)

 

İnsan, dostu nacins olarsa əgər,

Ondan yalnız hədsiz pisliklər görər. (İ)

 

Iki saf güzgünü üz-üzə qoysan,

Onlada bir ləkə olmaz heç zamanş (İ)

 

Ən yaxın dostuna sirrini inan,

Zir-zibil çıxarmı heç təmiz sudan?

Günəş hər şeydən pak-saf olduğuna,

Dağ-dəniz sirrini qızmışdır ona.

 

Xoş olmaq istəsən, xoş dostlar tanı,

Xoşbəxt xoşbəxt edər çünki insanı. (İ)

 

Dünyada xoşbəxtdir yalnız o kəslər

Ki, öz çörəyini dostlarla yeyər. (İ)

 

Döyüşdə, şənlikdə, harada olsan,

Heç zaman ayrılma yaxşı dostlardan.

Şadlıq və əyləncə bəzminə düşsən,

Nəşəli yoldaşlar tap özünə sən. (İ)

 

Hərzə yoldaşlara salma heç nəzər. (İ)

 

Şirin danışan bir dosta rast gəlsən,

Ondan başqa bir şey tələb etmə sən. (İ)

 

Ey dostum umuram öz hikmətimlə

Nurlu yol açasan məsləhətinlə. (Ş)

 

Birlikdən yaranıb zəfər döyüşdə,

Dostların birliyi gərək hər işdə. (Ş)

 

Dost olan dostundan geridə qalmaz! (Ş)

 

Könül vermə könül aldadanlara. (Ş)

 

Mərhəmət umulmaz düşməndən bir an. (Ş)

 

“Sirlər xəzinəsi”-S

“Xosrov və Şirin”-X

“Leyli və Məcnun”-L

“Yeddi gözəl”-Y

“Şərəfnamə”-Ş

“İqbalnamə”-İ

 

Poemalar Azərbaycan dilinə aşağıdakı şairlər tərəfindən tərcümə edilmişdir.

“Sirlər xəzinəsi”-S.Rüstəm və A.SAroğlu

“Xosrov və Şirin”-Rəsul Rza

“Leyli və Məcnun”-Səməd Vurğun

“Yeddi gözəl”-Məmməd Rahim

“İskəndərnamə”  (“Şərəfnamə”)-Abdulla Şaiq

“İskəndərnamə”  (“İqbalnamə”)-Mikayıl Rzaquluzadə

 

 

Məşhur müəlliflər     Şərhlər(0)     Baxış sayı: 73     Aprel 20, 2008 15:31     nizami gəncəvi dostluq düşmənçilik 

Nizami Gəncəvi

etudiant     Aprel 18, 2008 23:45

Sülh, müharibə, ədalət və zülm haqqında

 Atəşi üfürsən alışıb yanar,

Onu suya bassan, sönər aşikar. (X)

 

Dünyaya fateh olmaz zülmkarlıq, rəzalət,

Yer üzünün fatehi ədalətdir, ədalət!

Ədalətin müjdəsi bu dünyanı şad eylər,

Ədələtin işidir-ölkəni abad eylər. (S)

 

Səadət qapısını açmağa yaranmısan,

Sanma sitəm dalınca qaçmağa yaranmısan.

Hökmdar olmusan ki, yetişəsən haraya,

Daim məlhəm qoyasan hər sızlayan yaraya.

Məzlumlar güvənirlər şöhrətinə, adına,

Sən də yetiş onların köməyinə, dadına. (S)

Barış zamanında döyüş başlayan,

Heç ağıllı adam sayılmaz, inan. (X)

 

Çox da acıqlanma bərk savaş olar,

Torpaq bərkidikcə dönüb daş olar. (X)

  

Haqq sözü eşitmək istəməyənlər,

Ağlını itirib öləcək hədər. (İ)

 

Nə üçün bir qarın çörəkçi yalnız,

Çəkişək, vuruşaq belə amansız! (İ)

 

Kin ilə, sülh ilə sınanmış cahan,

Sülhündən xeyr olmnuş, kinindən ziyan. (Ş)

 

Qoyma qanla yusun şahlar dünyanı,

Qoy alovlanmasın dünyanın qanı. (Ş)

 

Döyüşdən yaxşıdır barışıq şəfqət,

Biri dərd gətirir, biri səadət. (Ş)

 

Madam ki, sülh ilə göyərər dilək,

Döyüşə at çapmaq daha nə gərək? (Ş)

 

Düşmənlik silinsin, dostluq var olsun. (Ş)

 

Məsləhətə möhtacdır ədalət hər bir zaman. (S)

 

Zülmkarlıq dağıdar, bərbad eylər ölkəni,

Ədalət sədaqətlə abad eylər ölkəni. (S)

 

Məmləkətin dayağı ədalətdir hər zaman,

Ədalətin nəsibi səadətdir hər zaman. (S)

 

Künc-bucaqda qalana sən bu qədər atma ox,

Yoxsulların ahından, qarğışından çəkin, qorx. (S)

 

Kim ki, zülmün evini bərbad edib indidən,

Öz sabahkı evini abad edib indidən. (S)

 

Qılınc çəkib yerimə məzlum kəsin üstünə,

Hər səhər qarğış oxu tökülməsin üstünə. (S)

 

Dünyanın işini yaxşı düşün sən,

Nə əksən onu da sən biçəcəksən.

Yaxşı iş də görsən, pis iş də, inan,

Unutmaz onları bu qoca dövran. (X)

 

Dünyada zülm etmək qoçaqlıq deyil,

Rəiyyət bəsləmək çox yaxşıdır, bil. (X)

 

Hər kəs ki, zülm üçün qılıncı aldı,

Qan tökən şir kimi pəncəsiz qaldı. (X)

 

Hansı bir ölkədə alışsa çıraq

Hər bir qanacaqlı verər ona yağ. (X)

 

Yatma qoca kimi, bu yolda aman!

Zalımdan özünü qoru hər zaman. (Y)

 

Zülmün toxumundan göyərməz nəbat. (Y)

 

Uğurlu şey deyil zülm elyləmək, bil. (X)

 

Dalətin ucaltsın qoy nəslinin adını,

El gözündən salmasın özünü, övladını. (S)

 

Taxtın payəsini o qədər yüksəlt,

Yıxıldığın zaman çəkmə əziyyət. (Y)

 

Xəcalət çəkəni etməzlər zəlil,

Bu zülmkarlıqdır, ədalət deyil. (Y)

 

Hər kəs zor göstərsə işində əgər,

İşinin nizamı pozulub gedər. (Y)

 

Zülm edib hər bir kəs şur qaldırsa bil,

Göndərər məzara onu hər adil. (Y)

 

Kim salsa dünyada zülm bağını,

Deməli, bağlar öz əl-ayağını. (Y)

 

Dünyada çox ləziz, şirin meyvələr

Pis gözə uğrasa torpağa düşər. (L)

 

 

Adil ol, şad yaşa ömrünü bütün,

Olmasın əlində açılmaz düyün. (İ)

 

Qarşına canavar çıxdığı zaman

Ya öldür, ya da tut, heç vermə aman. (İ)

 

Birinə köhnədən olarsan kinin,

Kökünü qazıma onun nəslinin.

Atayçın oğuldan alma intiqam,

Çalış dost olasan onunla müdam. (İ)

 

Qrdaşın qanını alma qardaşdan,

Tamam ayrı şeydir çünki südlə qan. (İ)

 

Zatı pis olanı heç yüksəltmə sən,

Qurdu bəsləməkdən ziyan çəkərsən. (İ)

 

Həyasız adama qarşı sərt rəftar

Yumşaq davranmaqdan faydalı olar. (İ)

 

Zülmü birdəfəlik eylə sən kənar,

Çünki zülmkarlıq ömrü azaldar. (İ)

 

Elə dünyapərəst olmayaq gərək

Ki, öz süfrəmizi qanla bəzəyək. (İ)

 

Bir yerdə insafdan olmasa nişan.

Quruyar istidən, çürüyər sudan. (İ)

 

Çəkinək zülmdən, sitəmi atq,

Ədl ilə mümkündür bundan qurtarmaq. (Ş)

 

Zülmün ayininə birdən çək qələm

Ki, xalqın qəlbindən silinsin aləm... (Ş)

 

Ədalət mülkündən kim üz çevirsə,

Ona aqil deməz ağıllı kimsə. (Ş)

 

Dünyanı namunsla olur saxlamaq,

Onunlar ucalır dövlət və bayraq. (Ş)

 

Qan ilə islanmış zülmkar başdan,

Şübhə yox, yaxşıdır başsız bir insan. (Ş)

 

“Sirlər xəzinəsi”-S

“Xosrov və Şirin”-X

“Leyli və Məcnun”-L

“Yeddi gözəl”-Y

“Şərəfnamə”-Ş

“İqbalnamə”-İ

 

Poemalar Azərbaycan dilinə aşağıdakı şairlər tərəfindən tərcümə edilmişdir.

“Sirlər xəzinəsi”-S.Rüstəm və A.SAroğlu

“Xosrov və Şirin”-Rəsul Rza

“Leyli və Məcnun”-Səməd Vurğun

“Yeddi gözəl”-Məmməd Rahim

“İskəndərnamə”  (“Şərəfnamə”)-Abdulla Şaiq

“İskəndərnamə”  (“İqbalnamə”)-Mikayıl Rzaquluzadə

Məşhur müəlliflər     Şərhlər(0)     Baxış sayı: 84     Aprel 18, 2008 23:45     nizami gəncəvi sülh müharibə ədalət 

Nizami Gəncəvi

etudiant     Aprel 18, 2008 23:26

Vətən, xalqa xidmət və xeyirxahlıq haqqında

Xidmət etmək sayılır kişilikdən nişana,

Xalqına xidmət etmək bir şərəfdir insana. (S)

 

Bacarsan hamının yükünü sən çək,

İnsana ən böyük şərəfdir əmək.

Sən də əldən düşüb yorulsan əgər,

Sənin də yükünü bütün el çəkər. (L)
 
 

Eşqinlə atəşə dön, nifrətinlə buza dön,

El yolunda günə dön, aya dön ulduza dön!

Yaxşılığı əzəldən adət etsən özünə,

Yaxşılığın hər yanda qapı açar üzünə. (S)

 

Çalış ki, kirpiyin olsun almaztək,

Ayıq ol, ölkənin keşiyini çək! (İ)

 

Belə misal çəkmiş aqil bir insan:

“Qurd girməz sürüyə yatmasa çoban”. (İ)

 

Yurduna düşmənin yolun açma sən! (Ş)

 

Hər ürəyi sevindir xürrəm yaşa dünyada, Tanrı qoymaz ki, dəysin oxun daşa dünyada. (S)

 

Çalış öz xalqının işinə yara,

Geysin əməlinlə dünya zərxara. (Y)

 

Hünər ardınca qoş xalqa hünər saç,

Qapılar bağlama, ər ol qapı aç. (Y)

 

Dərdə döz incitmə heç də özgəni,

Ellər qəm çəkincə, dərq alsın səni. (L)

 

Səadət kamalla yetişir başa,

Xalqa xidmət elə, ədəblə yaşa. (L)

 

Öz qəbiləsinə asi olan şəxs

Onunla bir yerdə yaşaya biməz. (L)

 

Buludtək damcıyla su al dənizdən,

Verəndə bol-bol ver əsirgəmədən. (İ)

 

Xalq mənə versə də əziyyət kədər,

Qıymaram incisin məndən bir nəfər. (Ş)

 

Xeyirlə şər izləyir hər bəşəri əzəldən,

Xeyir xeyri tapandır, şər də şəri əzəldən. (S)

 

Hər şeyi özünçün əkmək nə yarar?

Dünyada hesabsız ruzi yeyən var!

Keçənlər zəhmətlə əkdiyi bağdan

Gələnlər meyvəni dərmiş hər zaman.

Köçənlər bir çox şey əkmişdir bizə,

Biz də əkməliyik gənc nəslimizə.

Dünya bir tarladır diqqətlə baxsaq,

Hamı bir-birinə cütçüdür ancaq. (Ş)

 

El gücü-sel gücüdür, hər an çəkin bu seldən,

Yataqda da can alar qisas oxu qəfildən.

Xalqa divan tutanı divan gözlər hər yanda,

Məzlumların fəryadı qorxuludur cahanda. (S)

 

Könül təlim eyləyir hər hünəri insana,

Məslək eşqi deməkdir ər hünəri insana.

Cana təpər yaranıb hər bir canın hünəri,

Bəyənməsən məhv olar hər insanın hünəri.

Alqışlarla çağlayar canda hünər çeşməsi,

Dönüb olar candakı qan da hünər çeşməsi. (S)

 

Əziyyət eyləsən cəfa görərsən,

Mehribanlıq etsən səfa sürərsən. (X)

 

Yaxşı adamların göz yum eybinə,

Yaxşı şey öyrətməz yaman göz sənə. (X)

 

Yamanlıq etməkdn uzaq ol, uzaq,

Pisliyin əvəzi pislik olacaq. (X)

 

Bəla görəcəksən pislik etdinsə,

Əvəz verəcəkdir dünya hər kəsə. (X)

Bəlli bir şeydir ki, pislik edənlər

Öz işindən özü çəkəcək zərər.

Eşitməmisənmi bu məşhur sözü:

“Quyu qazan adam düşəcək özü”. (X)

Bu kənddə hər kimin əgər ağlı var,

Yaxşılığı zərdən o yüksək tutar. (Y)

 

Xoş ətirlər saçmaq istəyən adam,

Gültək xoşxasiyyət olmalı mudam. (Y)

 

Adına yaxşılıq sikkəsini sal,

Böyük şöhrət qazan, göylərə ucal! (Y)

 

Bilir bu hikməti hər arif kişi,

Pis nəticə verməz yaxşının işi. (Y)

 

Boş təbil döyərək, hay-haray salma,

Heç kəsin səsinə biganə qalmaş (L)

Su kimi aləmə həyat ver, can ver,

Hər rəngə uyğunlaş, dərdə dərman ver. (L)

 

Yaşa ki, dünyaya işıq verəsən,

Torpağa göz dikmə ilan kimi sən. (L)

 

Yaxşılıq etməsən əgər insana,

Böyüklük şərəfi verilməz sana. (L)

 

Quyuya salsan da yaxşılığı bil,

Yenə qayıdacaq, o itən deyil. (L)

 

Gecəni gündüzü çox vermə bada,

Yaxşı ad uğrunda çalış dünyada. (L)

 

Bir xərabə görsən qurmağa tələs,

Məsləhət belədir, əməyin itməz. (L)