HIKMƏTLİ SÖZLƏR...

Blog Haqqında

Khatai KARIMLI

Sən bizimsən, bizimsən durduqca bədəndə can,
Yaşa - yaşa çox yaşa, ey şanlı Azərbaycan!

M.Ə.Rəsulzadə
***
Yarat bir əsər ki, adın ucalsın
Sən ölüb gedərkən yerində qalsın.

Ə.Cami
***
Bir il sonrasını düşünürsənsə toxum ək,
Ağac ək, əgər on il sonrasını düşünürsənsə.
Amma yüz il sonrasını düşündüyündə xalqı öyrət.
Bir dəfə məhsul verər əgər sən əksən toxum,
Bir dəfə ağac əksən bu on il məhsul verər.
Yüz dəfə olar məhsul əgər öyrətsən xalqı.
Balıq versən, bir dəfə doyurarsan sən xalqı,
Öyrətsən əgər balıq tutmağı həmişə doyar qarnı.

Konfutsi.
***
Neçin alçaqlara boyun əyirsən?
Oyuncaq olursan namərdlərə sən?
Nə üçün boynuna min yük alırsan?
Zalımın zülmündən razı qalırsan?
Qəlbi yumşaqlığı bir dəfə unut,
Çiynini dağ kimi ucaqılda tut!
Sən də süsən kimi ipəkdən olsan,
Səni saf torpaq da yaralar inan!
Zəlillik ürəyə ağrılar salar,
Zülmə dözənlərin sonu olar xar.
Tikantək çiynində tut yarağını,
O vaxt qucaqlarsan gül budağını.
İnsanı sarsıdar göz yaşı, nalə,
Ah çəkib, of deyən yetməz kəmalə!

Nizami Gəncəvi (Leyli və Məcnun)
***
Məni udsun qara torpağ, Qarabağ getsə əgər,
Yoxdur haqqım mən olum sağ, Qarabağ getsə əgər.

Nə qədər qız-gəlinim düşdü əsir göz görəsi,
Yaz mənim qəbrimə alçaq, Qarabağ getsə əgər.

Dərd vətən dərdidi, bağ dərdi çəkənlər alacaq,
Özgə bir yerdə gözəl bağ, Qarabağ getsə əgər.

Qorxudar bir gecə vallah səni xalqın qəzəbi,
Yetməz imdadına çildağ, Qarabağ getsə əgər.

Oxuyub tarixi bir gün nəvələrmiz deyəcək,
Bizə min tən ilə qorxaq, Qarabağ getsə əgər.

Oynasaq erməninin işvə-nazıynan yenə biz,
Qoyacaq çox yerə barmaq, Qarabağ getsə əgər.

Girəcək tayqulağın qəbrinə tuş çaldıracaq,
Deyəcək bizdədi Arsağ, Qarabağ getsə əgər.

Qatılır gah vəhabiylə xristian bu işə,
Atmaq üçün təzə qarmaq, Qarabağ getsə əgər.

Belə sirli və müəmmalı gedişnən, Pünhan,
Ümid Allahadır ancaq, Qarabağ getsə əgər.

Baba Pünhan
***

Contact: etudiant_dia@hotmail.com

***
Kh.KARIMLI
***

Axtarış

Sorğu

Blogumuzdan razısınızmı?



Açar sözlər

atalar  sözləri  gəncəvi  nizami  ərəb  sermon  mərdanəlik  xalqa  elmi  əli  dostluq  ispan  ibn  xidmət  kamillik  83  düşmənçilik  kəlamlar  müharibə  fransız  xütbə  cəsarət  çin  talibdən  sülh  yapon  82  hünər  vətən  əbu  ədalət 

Sayqaç

İndi blogda: 2
Keçən ayın hiti: 5572
Dünənki hit: 255
Bugünki hit: 56
Ümumi hit: 37609

Nizami Gəncəvi

Aprel 18, 2008 23:26 Yazar: Khatai KARIMLI

Vətən, xalqa xidmət və xeyirxahlıq haqqında

Xidmət etmək sayılır kişilikdən nişana,

Xalqına xidmət etmək bir şərəfdir insana. (S)

 

Bacarsan hamının yükünü sən çək,

İnsana ən böyük şərəfdir əmək.

Sən də əldən düşüb yorulsan əgər,

Sənin də yükünü bütün el çəkər. (L)
 
 

Eşqinlə atəşə dön, nifrətinlə buza dön,

El yolunda günə dön, aya dön ulduza dön!

Yaxşılığı əzəldən adət etsən özünə,

Yaxşılığın hər yanda qapı açar üzünə. (S)

 


Çalış ki, kirpiyin olsun almaztək,

Ayıq ol, ölkənin keşiyini çək! (İ)

 

Belə misal çəkmiş aqil bir insan:

“Qurd girməz sürüyə yatmasa çoban”. (İ)

 

Yurduna düşmənin yolun açma sən! (Ş)

 

Hər ürəyi sevindir xürrəm yaşa dünyada, Tanrı qoymaz ki, dəysin oxun daşa dünyada. (S)

 

Çalış öz xalqının işinə yara,

Geysin əməlinlə dünya zərxara. (Y)

 

Hünər ardınca qoş xalqa hünər saç,

Qapılar bağlama, ər ol qapı aç. (Y)

 

Dərdə döz incitmə heç də özgəni,

Ellər qəm çəkincə, dərq alsın səni. (L)

 

Səadət kamalla yetişir başa,

Xalqa xidmət elə, ədəblə yaşa. (L)

 

Öz qəbiləsinə asi olan şəxs

Onunla bir yerdə yaşaya biməz. (L)

 

Buludtək damcıyla su al dənizdən,

Verəndə bol-bol ver əsirgəmədən. (İ)

 

Xalq mənə versə də əziyyət kədər,

Qıymaram incisin məndən bir nəfər. (Ş)

 

Xeyirlə şər izləyir hər bəşəri əzəldən,

Xeyir xeyri tapandır, şər də şəri əzəldən. (S)

 

Hər şeyi özünçün əkmək nə yarar?

Dünyada hesabsız ruzi yeyən var!

Keçənlər zəhmətlə əkdiyi bağdan

Gələnlər meyvəni dərmiş hər zaman.

Köçənlər bir çox şey əkmişdir bizə,

Biz də əkməliyik gənc nəslimizə.

Dünya bir tarladır diqqətlə baxsaq,

Hamı bir-birinə cütçüdür ancaq. (Ş)

 

El gücü-sel gücüdür, hər an çəkin bu seldən,

Yataqda da can alar qisas oxu qəfildən.

Xalqa divan tutanı divan gözlər hər yanda,

Məzlumların fəryadı qorxuludur cahanda. (S)

 

Könül təlim eyləyir hər hünəri insana,

Məslək eşqi deməkdir ər hünəri insana.

Cana təpər yaranıb hər bir canın hünəri,

Bəyənməsən məhv olar hər insanın hünəri.

Alqışlarla çağlayar canda hünər çeşməsi,

Dönüb olar candakı qan da hünər çeşməsi. (S)

 

Əziyyət eyləsən cəfa görərsən,

Mehribanlıq etsən səfa sürərsən. (X)

 

Yaxşı adamların göz yum eybinə,

Yaxşı şey öyrətməz yaman göz sənə. (X)

 

Yamanlıq etməkdn uzaq ol, uzaq,

Pisliyin əvəzi pislik olacaq. (X)

 

Bəla görəcəksən pislik etdinsə,

Əvəz verəcəkdir dünya hər kəsə. (X)

Bəlli bir şeydir ki, pislik edənlər

Öz işindən özü çəkəcək zərər.

Eşitməmisənmi bu məşhur sözü:

“Quyu qazan adam düşəcək özü”. (X)

Bu kənddə hər kimin əgər ağlı var,

Yaxşılığı zərdən o yüksək tutar. (Y)

 

Xoş ətirlər saçmaq istəyən adam,

Gültək xoşxasiyyət olmalı mudam. (Y)

 

Adına yaxşılıq sikkəsini sal,

Böyük şöhrət qazan, göylərə ucal! (Y)

 

Bilir bu hikməti hər arif kişi,

Pis nəticə verməz yaxşının işi. (Y)

 

Boş təbil döyərək, hay-haray salma,

Heç kəsin səsinə biganə qalmaş (L)

Su kimi aləmə həyat ver, can ver,

Hər rəngə uyğunlaş, dərdə dərman ver. (L)

 

Yaşa ki, dünyaya işıq verəsən,

Torpağa göz dikmə ilan kimi sən. (L)

 

Yaxşılıq etməsən əgər insana,

Böyüklük şərəfi verilməz sana. (L)

 

Quyuya salsan da yaxşılığı bil,

Yenə qayıdacaq, o itən deyil. (L)

 

Gecəni gündüzü çox vermə bada,

Yaxşı ad uğrunda çalış dünyada. (L)

 

Bir xərabə görsən qurmağa tələs,

Məsləhət belədir, əməyin itməz. (L)

 

Heç kəsi kin ilə etmə yerindən. (İ)

 

Əgər istər isən haqdan inayət,

Pislik eyləməyi kökündən tərk et. (İ)

 

Həmişə dünyada yaxşılıq axtar,

Yaxşı ad almaqda əbədiyyat var,

Yaxşı ad almışla yaxşı ol müdam,

Yoxsa, axır özün olarsan bədnam. (İ)

 

Pis fikrə düşərsə yaxşı bir insan,

Özqünə yamanlıq edər hər zaman. (İ)

 

Biri pislik etmiş olarsa sənə,

Sən yaxşılıq etsən bir özgəsinə-

Onu da, bunu da yad etmə əsla;

Dilini həmişə yamandan saxla. (İ)

Bİr kəsin dadına istəsən çatmaq,

O zaman ləngimə, tələs sən ancaq. (İ)

 

Yaxşılıqla pisdən qorunmaq mümkün,

Dünyada yaxşılıq hər şeyə üstün. (Ş)

 

Öylə bir ixtiyar olsaydı məndə,

Qoymazdım bəndəyə möhtac bir bəndə. (Ş)

 

Ol doğru miyançı, düzəlsin hər iş,

Ortada “nə kabab yansın, nə də şiş!” (Ş)

 

Aqillər kam alır yaxşılıqlardan. (Ş)

 

Özünə ölüncə özün ol qonaq,

Ağac ol, özündən doğur qol-budaq. (Ş)

 

Qüvvətli olsan da qəlbi yumşaq ol. (Ş)

 

Bir şəxsin olmasa şəxsi imdadı,

Say vaxtı heç saya alınmaz adı. (Ş)

Şüşəyə öncə sən vurma daş, kəsək,

Qırılsa çətindir onu düzəltmək. (Ş)

 

Əgər insansansa insanlığı sev. (L)

 

Xüdpəsənd olmayan təmiz bir insan,

Qorxmaz nə yaxşıdan, nə də yamandan. (L)

 

İnsanla yaşayan mərddir, kişidir,

Kimsəni sevməmək namərd işidir. (Ş)

 

Otlara yaraşı başını əymək,

İnsanın başıysa ucada gərək. (Ş)

 

“Sirlər xəzinəsi”-S

“Xosrov və Şirin”-X

“Leyli və Məcnun”-L

“Yeddi gözəl”-Y

“Şərəfnamə”-Ş

“İqbalnamə”-İ

 

Poemalar Azərbaycan dilinə aşağıdakı şairlər tərəfindən tərcümə edilmişdir.

“Sirlər xəzinəsi”-S.Rüstəm və A.SAroğlu

“Xosrov və Şirin”-Rəsul Rza

“Leyli və Məcnun”-Səməd Vurğun

“Yeddi gözəl”-Məmməd Rahim

“İskəndərnamə”  (“Şərəfnamə”)-Abdulla Şaiq

“İskəndərnamə”  (“İqbalnamə”)-Mikayıl Rzaquluzadə



Məşhur müəlliflər | Şərhlər(1) | 662 baxış
nizami gəncəvi vətən xalqa xidmət 


1
Xayala yazıb:

Chox sagolun,eladi xoshuma geldi,hemishe bele davam edin. smile

Mart 31, 2009 11:24

Şərh yazın


  • shocked
  • smile
  • evil
  • grin
  • question
  • lol
  • rolleyes
  • mad
  • wink
  • razz
  • confused
  • redface
  • cool
  • suprised
  • cry
  • sad

captcha