Reklam verin!

Sermon 82

Yazar: etudiant @ Noyabr 25, 2008 23:14

This sermon is called the al-Gharrá' and it is one of the most wonderful sermons of Amír al-mu'minín.

Praise be to God who is High above all else, and is Near (the creation) through His bounty. He is the Giver of all reward and distinction, and Dispeller of all calamities and hardships. I praise Him for His continuous mercy and His copious bounties.

I believe in Him as He is the First of all and He is Manifest. I seek guidance from Him as He is Near and is the Guide. I seek His succour as He is Mighty and Subduer. I depend upon Him as He is Sufficer and Supporter. And I stand witness that Muhammad (blessing of God be on him and his progeny) is His slave and His Prophet. He sent him for enforcement of His commands, for exhausting His pleas and for presenting warnings (against eternal punishment).

Davamı...

Xütbə 82

Yazar: etudiant @ Oktyabr 23, 2008 15:32

Xütbə 82-dən

...(Bu xütbəni oxuyarkən tüklər ürpəşmiş, gözlər yaşarmış, könüllər haldan-hala      düşmüşdür.)                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                            

...

Allah sizə özünüzə xeyir verəcək, zərər gətirəcək sözləri, səsləri eşidib duyan qulaqlar, görüb anlayan gözlər, ömrünüz boyunca bir-birinə uyacaq yan-yörələri olan bədənlər verdi. Sizi elə bədənlərlə bəzədi ki, faydalı şeylər üçün çalışırlar, onun ən gözəl ne`mətlərinə yetişmək, şükr etmək, lütfünə qovuşmaq, sağlamlıq bağışlarını almaq, bəlalarından qurtarmaq üçün mübarizə aparırlar.

 Allah sizə ömür əta etmiş, lakin müddətini sizdən gizlətmişdir. Sizdən əvvəl dünyaya gəlib-gedənlərdən sizin üçün ibrətlər qoymuşdur. Yaşayıb ömür sürdükləri yerdə ölüm kəməndi boynuna atılıb yox edilməzdən əvvəl möhlət tapıb, yaşadıqlarınız məkanlarda sizin üçün ibrət var. Ölüm onları muradlarına yetişmədən alıb apardı. Əllərində fürsət (ömür) var ikən, canları sağ-salamat ikən onlar ibrət almadılar. Əcəba, bunlar gəncliklərinin ən gözəl çağlarında qocalığımı gözləyirlər? Bədənləri sağ-salamat olanlar xəstəlik zamanımı gözləyirlər? Yaşayıb ömür sürənlər ölümün yetişməsinimi gözləyirlər?

Davamı...

Əli İbn Əbu Talibdən kəlamlar

Yazar: etudiant @ Oktyabr 23, 2008 15:20

Insanda bir ət parçası var ki, bədənə bir damarla bağlanmışdır. Bu ürəkdir – və çox təəccüblü bir üzvdür. Onun hikmətə aid və zidd şeyləri vardır. O, ümidə qapılsa, tamah onu alçaldar. Ümidsizliyə düşsə, kədər məhv edər onu. Xoşnud olsa, qorunmağı unudar. Qorxuya düşsə qorunmağa başlar. Təhlükə sovuşanda qəflətə düşər.  Bir müsibətə uğrayanda qərarsız bir hala gələr. Bir mal tapdımı, zənginlik onu azdırar. Yoxsulluq onu çulğayanda bəlaya düçar olar. Aclığa düşəndə zəiflik onu çökdürər, toxluq edəndə mə`də dolğunluğundan narahat olar. Hər xüsusda geri qalmaq ona zərər yetirər, hər işdə irəli getmək onun halını pozar.

Dostunu ehtiyatla sev, ola bilər ki, bir gün sənə düşmən kəsilsin; düşməninlə də ehtiyatla davran, ola bilər, bir gün səninlə dost olsun.

Sözün yeri könüldür, ismarlandığı yer düşüncədir, onu qüvvətləndirən ağıldır, meydana çıxaran dildir; bədəni hərflərdir, canı isə mə`nadır; bəzəyi – biçimli söylənməsidir; düzgünlüyü isə doğruluğundadır.

Davamı...

Jan Jak Russo

Yazar: etudiant @ Sentyabr 28, 2008 19:41

Minnətdarlıq- verilməli borcdur, lakin onu heç kimi digərindən gözləməməlidir.

Yalnız böyük hadisələr dahi insanları yaradır.

Əgər hamının mənafeyinin kəsişdiyi nöqtə olmasaydı cəmiyyət haqqında danışmağa lüzum olmazdı.

Davamı...

Nizami Gəncəvi

Yazar: etudiant @ Aprel 20, 2008 15:38

Hünər, cəsarət və mərdanəlik haqqında

Neçin alçaqlara boyun əyirsən?

Oyuncaq olursan namərdlərə sən?

Nə üçün boynuna min yük alırsan?

Zalımın zülmündən razı qalırsan?

Qəlbi yumşaqlığı bir dəfə unut,

Çiynini dağ kimi ucaqılda tut!

Sən də süsən kimi ipəkdən olsan,

Səni saf torpaq da yaralar inan!

Zəlillik ürəyə ağrılar salar,

Zülmə dözənlərin sonu olar xar.

Tikantək çiynində tut yarağını,

O vaxt qucaqlarsan gül budağını.

İnsanı sarsıdar göz yaşı, nalə,

Ah çəkib, of deyən yetməz kəmalə! (L)

 

İradəsiz olma, iradəsizlər

Ayaqsız qurd kimi yerdə sürünər.

Tülkü canavarı edirsə məğmun,

Ondan iradəsi böyükdür bunun. (L)

 

Fil keçsin üstündən tapdalayaraq,

Xəsis adamlara əl açma ancaq.

Mərd olmaq yaxşıdır dünyada hər an,

Mərdlik ilə çatar arzuya insan. (X)

 

Davamı...

Nizami Gəncəvi

Yazar: etudiant @ Aprel 20, 2008 15:31

Dostluq və düşmənçilik haqqında

Uluların yolunun gərək qulu olasan,

Ülviyyətə yüksəlib, sən də ulu olasan,

Elə sadiq dost ara, səni darda qoymasın,

Çəkib tordan çıxarsın, səni torda qoymasın. (S)

 

Filləri qovmuşdu çeşmədən dovşan,

Kiçik görünməsin gözünə düşman. (X)



Yaxşı ad qazanmış gözəl dost ara,

Ondan yetişərsən ağ günə, vara.

Xoş ətirli bir dost yaxşıdır, inan,

Hərzə-hərzə durub danışanlardan.

Bir dostun da olsa eyibli əgər,

Yüzünün adına ləkə yetirər.

Ehtiyatsız bir quş düşərsə tora,

Başqa yüz quşu da sürüklər ora. (Y)

 

Davamı...

Nizami Gəncəvi

Yazar: etudiant @ Aprel 18, 2008 23:45

Sülh, müharibə, ədalət və zülm haqqında

 Atəşi üfürsən alışıb yanar,

Onu suya bassan, sönər aşikar. (X)

 

Dünyaya fateh olmaz zülmkarlıq, rəzalət,

Yer üzünün fatehi ədalətdir, ədalət!

Ədalətin müjdəsi bu dünyanı şad eylər,

Ədələtin işidir-ölkəni abad eylər. (S)

 

Səadət qapısını açmağa yaranmısan,

Sanma sitəm dalınca qaçmağa yaranmısan.

Hökmdar olmusan ki, yetişəsən haraya,

Daim məlhəm qoyasan hər sızlayan yaraya.

Məzlumlar güvənirlər şöhrətinə, adına,

Sən də yetiş onların köməyinə, dadına. (S)

Davamı...

Nizami Gəncəvi

Yazar: etudiant @ Aprel 18, 2008 23:26

Vətən, xalqa xidmət və xeyirxahlıq haqqında

Xidmət etmək sayılır kişilikdən nişana,

Xalqına xidmət etmək bir şərəfdir insana. (S)

 

Bacarsan hamının yükünü sən çək,

İnsana ən böyük şərəfdir əmək.

Sən də əldən düşüb yorulsan əgər,

Sənin də yükünü bütün el çəkər. (L)
 
 

Eşqinlə atəşə dön, nifrətinlə buza dön,

El yolunda günə dön, aya dön ulduza dön!

Yaxşılığı əzəldən adət etsən özünə,

Yaxşılığın hər yanda qapı açar üzünə. (S)

 

Davamı...

İspan atalar sözləri

Yazar: etudiant @ Aprel 12, 2008 23:52

Axmaqlar bazara getməsəydi çürük mallar satılmazdı.

Don Kixot olmaq üçün yolxa çıxan bir çox insan evə Sanço Panko olaraq döndü.

Arının yediyi bala dönər, hörümcəyin yediyi zəhərə.

Davamı...

Ərəb atalar sözləri

Yazar: etudiant @ Aprel 12, 2008 23:26

Qadın kölgə kimidir; onu izləyəndən qaçar, özü önündəkinin axasından qaçar.

İgid hərbdə, dost dərddə, kamil adan hiddətdə bəlli olar.

İnsanlar uğurlarından az, uğursuzluqlarından çox şey öyrənirlər.

Davamı...

Yapon atalar sözləri

Yazar: etudiant @ Aprel 12, 2008 23:22

Bir dostunuz yemiş baxçasında gəzirsə, dalğın görünməyiniz ən böyük nəzakətdir.

İlk arvadı sənə Allah, ikinci qadını insanlar, üçüncüsünü isə şeytanlar göndərər.

Kitablar ruhun qidasıdır.

Davamı...

Fransız atalar sözləri

Yazar: etudiant @ Aprel 12, 2008 23:18

İdeallar ulduzlar kimidir,  onları tutmaq mümkün deyil, amma qaranlıq gecələrdə yolumuza onlar rəhbərlik edir.

Bir yanlışı haqlı çıxarmağa çalışmaq onu iki qat daha böyüdür.

Təmiz bir vicdan qədər yumşaq yastıq yoxdur.

Davamı...


  Yazılar cəmi: 34    Sonrakı səhifə »